...

Azərbaycan və Türkiyə arasında "Yol xəritəsi"nin imzalanması vacibdir – deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2010 13:44 (UTC +04:00)
"Azərbaycanla Türkiyə arasında "Yol xəritəsi"nin imzalanması təklifi bu gün də aktualdır. Bu sənəd iki dövlətin regionda və beynəlxalq aləmdə ortaya çıxan gözlənilməz situasiyalara adekvat olaraq birgə addımlar atmaları üçün vacibdir" - cümə günü Trend News-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Azərbaycan və Türkiyə arasında "Yol xəritəsi"nin imzalanması vacibdir – deputat

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Azərbaycan və Türkiyə arasında "Yol xəritəsi"nin imzalanması vacibdir.

"Azərbaycanla Türkiyə arasında "Yol xəritəsi"nin imzalanması təklifi bu gün də aktualdır. Bu sənəd iki dövlətin regionda və beynəlxalq aləmdə ortaya çıxan gözlənilməz situasiyalara adekvat olaraq birgə addımlar atmaları üçün vacibdir" - cümə günü Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin 2009-cu il payız sessiyasının iclaslarının birində Türkiyənin Azərbaycanla "Yol Xəritəsi"nin imzalanması təklif olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Komitə üzvü deyib ki, onun nəzərdə tutduğu "Yol xəritəsi"nin müddəalarından biri də Dağlıq Qarabağ münaqişəsinin Türkiyə siyasətində ön sıraya qoyulması ilə bağlı olmalıdır.

"Həmin sənəddə Azərbaycanın da Türkiyənin maraqlarını tanıması ilə bağlı öhdəliklər öz əksini tapmalıdır", - o vurğulayıb.

Millət vəkili deyib ki, iki ölkənin addımları iqtidarlardan asılı olmamalıdır. "Məsələn, bu gün Türkiyə hökumətinə Rəcəb Tayyib Ərdoğan rəhbərlik edir. Ermənistanla diplomatik əlaqələrin normallaşdırılmasına artıq başlanılıb və bu addım hər iki ölkədə çox ciddi qınaqla qarşılanıb. Bunun vaş verməməsi üçün məsələləri hüquq çərçivəsində tənzimləmək lazımdır. Yəni münasibətləri mənəvi-siyasi müstəvidən çıxarmağa ehtiyac var", - Oruc xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti