...

2009-cu ildə Azərbaycan və Ermənistan tərəflərinin mövqelərinin yaxınlaşmasında müsbət irəliləyişlər olub - Ermənistan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2010 13:39 (UTC +04:00)
2009-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kifayət qədər intensiv və fəal olub. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Azadlıq" radiostansiyasına verdiyi müsahibədə deyib.
2009-cu ildə Azərbaycan və Ermənistan tərəflərinin mövqelərinin yaxınlaşmasında müsbət irəliləyişlər olub - Ermənistan XİN

Azərbaycan, Bakı, 18 yanvar / Trend /

2009-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kifayət qədər intensiv və fəal olub. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Azadlıq" radiostansiyasına verdiyi müsahibədə deyib. Məlumatı Tert.am yayıb. Nalbandyanın sözlərinə görə, ötən ildəki müsbət dinamikanı saxlamaq lazımdır, prosesi süni şəkildə sürətləndirmək mənasızdır.

Nazirin sözlərinə görə, tərəflərin mövqelərinin yaxınlaşması məsələsində müəyyən müsbət irəliləyişlər olub, lakin bu, mühüm dəyişikliklər barədə danışmaq üçün kifayət etmir. "Əgər 2009-cu ildəki dinamikanı saxlamaq imkanımız olacaqsa, münaqişənin nizamlanması perspektivlərini yaxınlaşdırmaq mümkün olacaq", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti