...

Tehran hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin köməyi ilə həll oluna bilər - nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2010 18:23 (UTC +04:00)
Tehran hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin köməyi ilə həll oluna bilər.
Tehran hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin köməyi ilə həll oluna bilər - nazir müavini

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir T.Cəfərov/

Tehran hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin köməyi ilə həll oluna bilər.

"Biz inanırıq ki, münaqişə region dövlətlərinin köməyi ilə həll oluna bilər. İran Azərbaycanın hüquqlarının bərpası və münaqişənin ədalətli həll olunması müövqeyindən çıxış edir", - İranın xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi bazar ertəsi jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti