...

Dmitri Medvedev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasına yardım etməyə hazır olduğunu təsdiq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2010 16:34 (UTC +04:00)
Rusiya bütün ölkələri ziddiyətli xarici siyasətdən imtina etməyə və aktual problemlərin həllinə yeni birgə üsul yaratmağa cağırır. Bu barədə bu gün Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedyev Rusiyada olan xarici səfirlərə etimadnamə verilməsi mərasimində deyib, məlumatı İTAR-TASS verir.
Dmitri Medvedev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasına yardım etməyə hazır olduğunu təsdiq edib

Azərbaycan, Bakı, 05 fevral / Trend /

Rusiya bütün ölkələri ziddiyyətli xarici siyasətdən imtina etməyə və aktual problemlərin həlli üçün yeni birgə üsul yaratmağa cağırır. Bu barədə bu gün Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Rusiyada olan xarici səfirlərə etimadnamələrin verilməsi mərasimində bildirib. Məlumatı İTAR-TASS yayıb.

Medvedyev, xüsusilə Ermənistan səfirinə müraciət edərək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiq edib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin müsbət inkişafına kömək edir və gələcəkdə də kömək etməyə hazırdır", - o deyib.

Onun sözlərinə görə, Rusiya MBD məkanında inteqrasiya birliyi çərçivəsində işlərin davam etdirilməsini və beynəlxalq arenada əyani qarşılıqlı fəaliyyəti prioritet hesab edir.

"Biz xarici siyasətdə birgə işləmək üçün konfrontasional siyasət, terrorizm, ərzaq defisiti, iqlim dəyişkənliyi kimi genişmiqyaslı qlobal problemlərlə effektiv mübarizəyə imkan verən arxaik geosiyası bölgünün yeni birgə üsulun, həmçinin ədalətli, balanslaşdırılmış, sabitlik və intizamın yaradılması üçün lazımi şəraiti təmin etməyə cəhd edirik", - Medvedyev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti