...

Xocalı soyqırımının anım günü münasibəti ilə Hollandiyada silsilə tədbirlər keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 13:30 (UTC +04:00)
Xocalı soyqırımının anım günü münasibəti ilə Hollandiyanın Rotterdam şəhərində silsilə tədbirlər nəzərdə tutulub.
Xocalı soyqırımının anım günü münasibəti ilə Hollandiyada silsilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Xocalı soyqırımının anım günü münasibəti ilə Hollandiyanın Rotterdam şəhərində silsilə tədbirlər nəzərdə tutulub.

"İrəli" İctimai Birliyinin dəstəyi ilə fevralın 26-da Rotterdam bələdiyyəsinin önündə nümayiş keçiriləcək.

Təşkilatdan verilən məlumata görə, nümayişdən sonra 200 nəfəri özündə birləşdirəcək yürüş şəhər mərkəzinə qədər davam edəcək.

Xocalı soyqırımı ilə bağlı daha ətraflı məlumat vermək və Xocalıda ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti Hollandiya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə beynəlxalq konfrans təşkil olunacaq.

Tədbirlər üçün əvvəlcədən Rotterdam şəhərinin meri və polis şefi ilə danışıqlar aparan Hollandiya - Azərbaycan Həmrəylik Cəmiyyəti tədbirin keçirilməsi üçün rəsmi icazə alıb.

Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin və "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaşların iştirakı gözlənilir.

Hollandiyada Xocalı Soyqırımı ilə əlaqədar olan tədbirlərin keçirilməsinə Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və "İRƏLİ" İctimai Birliyinin Hollandiyadakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik edir.

Xocalı soyqırımının anım günü münasibətilə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçiriləcək. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, LitvaEstoniyada təşkil olunur. Bununla əlaqədar olaraq "İrəli" İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti