...

Dağlıq Qarabağın erməni icması danışıqlar prosesinə qoşula bilməz - ATƏT PA-nın xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 11:50 (UTC +04:00)
Dağlıq Qarabağın erməni icması Ermənistan - Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinə qoşula bilməz. ATƏT PA-nın xüsusi nümayəndəsi Qoran Lenmarker belə hesab edir.
Dağlıq Qarabağın erməni icması danışıqlar prosesinə qoşula bilməz - ATƏT PA-nın xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir A.Hüseynbala/

Dağlıq Qarabağın erməni icması Ermənistan - Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinə qoşula bilməz. ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker belə hesab edir.

"ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların məlum formatı var və onlar məhz formatda davam etməlidir", - xüsusi nümayəndə bazar ertəsi Bakıda jurnalistlərə bildirib.

"Ermənistan-Azərbaycan münaqişəsi bu il həll ounmalıdır", - Lenmarker hesab edir.

Lenmarker deyib ki, "Münaqişə kifayət qədər uzun müddətdir davam edir və atəşkəs rejimi haqqında razılaşmanın olmasına baxmayaraq, hər iki tərəfdən itki var".

Onun fikrincə, hərbi yol heç bir halda istənilən münaqişənin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həll yolu ola bilməz.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik 7 rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və indiyədək Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi və ATƏT-in Minsk qrupunun himayəsi ilə uğursuz sülh danışıqları davam edir.

Xəbər lenti

Xəbər lenti