...

Azərbaycan Ermənistan ilə yalnız Azərbaycan torpaqları azad olunduqdan sonra güc tətbiq etməmək haqqında müqavilə imzalamağa hazırdır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2010 15:18 (UTC +04:00)
Biz Serj Azadoviç Sarkisyanın bəyanatını, həmçinin güc tətbiq etməmək haqqında müqavilənin imzalanmasına dair çağırışlarını alqışlayırıq və buna yalnız təhlükə yaradan səbəblərin aradan qaldırılmasından sonra, yəni Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasından sonra hazırıq
Azərbaycan Ermənistan ilə yalnız Azərbaycan torpaqları azad olunduqdan sonra güc tətbiq etməmək haqqında müqavilə imzalamağa hazırdır - XİN

"Biz Serj Azadoviç Sarkisyanın bəyanatını, həmçinin güc tətbiq etməmək haqqında müqavilənin imzalanmasına dair çağırışlarını alqışlayırıq və buna yalnız təhlükə yaradan səbəblərin aradan qaldırılmasından sonra, yəni Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasından sonra hazırıq", - Azərbaycan XİN-nin rəsmi nümayəndəsi Elxan Poluxov şənbə günü Trend -a bildirib.

"Erməni qoşunlarının bizim ərazilərdən çıxarılmasından sonra bu cür sazişin imzalanmasına hazırıq", - Poluxov Ermənistan Prezidenti Sersj Sarkisyanın "Evronews" kanalına verdiyi müsahibəsini şərh edərkən bildirib.

Ermənistan Prezidenti Serj Sarkisyan "Evronews" kanalına verdiyi müsahibədə xüsusilə bildirib ki, dünya ictimaiyyəti onlara üç beynəlxalq hüquq prinsipi əsasında problemi həll etməyi təklif edir: bura öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və güc tətbiq etməmə hüquqları daxildir. "Mən televiziya vasitəsilə Azərbaycana güc tətbiq etməmək haqqında sazişin imzalanması çağırışı ilə müraciət etmək istəyirəm. Bu, Ermənistanda və Qarabağın özündə etibarın əsasını qoymağa, insanlara Azərbaycanın münaqişənin sülh yolu ilə həlli tərəfdarı olmasını anlamağa kömək edərdi. Sonra isə biz detallar üzərində işləyə bilərik", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti