...

Hillari Klinton və Türkiyənin XİN rəhbəri Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2010 10:48 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton və Türkiyənin Baş naziri Əhməd Davudoğlu bazar günü axşam telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli mətbuat konfransında jurnalistlərə bildirib.
Hillari Klinton və Türkiyənin XİN rəhbəri Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir R.Dərəxşan/

ABŞ-ın dövlət katibi Hillari KlintonTürkiyənin Baş naziri Əhməd Davudoğlu bazar günü axşam telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli mətbuat konfransında jurnalistlərə bildirib.

"Onlar Minsk qrupu prosesindən, Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması üzrə bizim səylərimizdən, Türkiyə - Ermənistan münasibətlərindən, Yaxın Şərqdə inkişafdan danışıblar, dövlət katibinin bu yaxınlarda Türkiyəyə səfəri barədə xarici işlər naziri Davudoğluya məlumat verilib", - Krouli deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. Lakin ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionun və işğal edilmiş ərazilərin azad edilməsinə dair dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti