...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlar prosesinə alternativ görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2010 18:29 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında problemin sülh yolu ilə həllinə gətirib çıxarılması üçün danışıqlar prosesinə alternativ görmür. Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu deyib.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlar prosesinə alternativ görmür

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir Y.Ostapenko/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında problemin sülh yolu ilə həllinə gətirib çıxarılması üçün danışıqlar prosesinə alternativ görmür. Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu deyib.

O bir daha vurğulayıb ki, ABŞ nünaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

"Sülh danışıqları hər iki tərəfdən siyasi iradə tələb edir. Lakin Azərbaycan xalıq əmin olmalıdır ki, başda Prezident Barak Obama və dövlət katibi Hillari Klinton olmaqla, ABŞ bu münaqişənin həll olunmasının tərəfdarıdır", - Lu çərşənbə axşamı Azərbaycan Dillər Universitetində Amerika Mərkəzində jurnalistlərə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti