...

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ermənilərin növbəti yalanını üzə çıxarıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2010 14:01 (UTC +04:00)
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, qondarma "Dağlıq Qarabağ respublikasının baş naziri" kimi özünü təqdim edən Ara Arutunyanın 2009-cu ilin 18 noyabr tarixində BMT-nin binasına daxil olması və orada rəsmi görüşlər keçirdiyi barədə Ermənistanın kütləvi informasiya vasitələrinin növbəti yalanını üzə çıxıb.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ermənilərin növbəti yalanını üzə çıxarıb

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Ağayev/

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, qondarma "Dağlıq Qarabağ respublikasının baş naziri" kimi özünü təqdim edən Ara Arutunyanın 2009-cu ilin 18 noyabr tarixində BMT-nin binasına daxil olması və orada rəsmi görüşlər keçirdiyi barədə Ermənistanın kütləvi informasiya vasitələrinin növbəti yalanını üzə çıxıb.

Daimi Nümayəndəlik tərəfindən araşdırmalar aparılmış və BMT-nin müvafiq qurumlarından məsələ ilə bağlı rəsmi məlumat əldə edilmişdir. Məlumata əsasən, Ara Arutunyan adlı şəxsə BMT-nin binasına müvafiq qurumlar tərəfindən heç bir buraxılış sənədi verilməyib, bu şəxs heç bir iclasda iştirak etməyib və onunla heç bir rəsmi görüşlər keçirilməyib. Lakin BMT-nin binasının bir hissəsi turistlər üçün açıq olduğundan, Ara Arutunyanın Ermənistan vətəndaşı sənədi ilə adi turist və ya tələbə kimi daxil olması istisna olunmayıb. Bununla da erməni KİV-də yayılan məlumatın uydurma olması müəyyən edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri

ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti