...

Azərbaycan regionda sülh və stabilliyə nail olunmasına yönəlmiş bütün səyləri alqışlayır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2010 14:53 (UTC +04:00)
Azərbaycan regionda sülh və stabilliyə nail olunmasına və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə yönəlmiş bütün səyləri alqışlayır. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend-ə bildirib.
Azərbaycan regionda sülh və stabilliyə nail olunmasına yönəlmiş bütün səyləri alqışlayır - XİN

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir S.Ağayev/

Azərbaycan regionda sülh və stabilliyə nail olunmasına və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə yönəlmiş bütün səyləri alqışlayır. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend-ə bildirib.

"Bunun üçün ilkin şərt Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasıdır", - Poluxov İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik təşəbbüsünü şərh edərkən bildirib.

"Rəsmi Tehran Dağlıq Qarabağ probleminin həlli üzrə təkliflərini münaqişə tərəflərinə təqdim edib", - İranın xarici işlər naziri Mənüçöhr Mottəki bildirib.

"Ümid edirik, tərəflər problemin həlli ilə əlaqədar müsbət addımlar atacaqlar". - Bu barədə İran XİN-in rəhbəri Mənüçöhr Mottəki bu gün Tehranda keçirilən konfrans zamanı bildirib. MEHR agentliyi məlumat verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

Xəbər lenti

Xəbər lenti