...

Azərbaycanın Müdafiə naziri ABŞ-ın Müdafiə nazirinin müavinini qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2010 19:34 (UTC +04:00)

Aprelin 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə katibinin siyasi məsələlər üzrə müavini Mişel Flornoyu qəbul edib. Bu barədə MN-in mətbuat xidməti xəbər verir.

ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin inktişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Cənubi Qafqazda hərbi-siyasi durum və Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərginlikliklər ətrafında da fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Minsk qrupuna daxil olan həmsədr ölkələrin təcavüzkar Ermənistana qarşı təsirlərini artırmayacaqları halda regionda sülhün əldə edilməsinin mümkün olmayacağını bildirib. O, belə bir vəziyyətdə Azərbaycanın digər üsullara əl atmağa məcbur qalacağını qeyd edib.

Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti