...

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri"ni tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2010 23:17 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib ki, Aİ "Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"nin konstitusiyon və hüqüqi çərçivəsini tanımır".
Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri"ni tanımır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir R.Daraxşan/

Avropa İttifaqının () xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib ki, Aİ "Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"nin konstitusiyon və hüqüqi çərçivəsini tanımır".

"Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə təsir etməməlidir", Eştonun bəyanatında deyilir.

Ali nümayəndə ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini Aİ-nın dəstəklədiyini bildirib və tərəfləri problemin həllində səylərini göstərməyə çağırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır..

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti