...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan mövqelərini atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2010 10:24 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan mövqelərini atəşə tutub

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyunun 1-də saat 12:00-dan 12:30-dək və 16:10-dan 16:25-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən; iyunun 2-də saat 00:45-dən 01:00-dək və 00:55-dən 01:15-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti