...

Macarıstan Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2010 14:31 (UTC +04:00)
Macarıstan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu haqda Azərbaycanın işğal altında olan torpaqlarında Dağlıq Qarabağın separatçı rejimi tərəfindən mayın 23-də keçirilmiş "parlament seçkiləri" ilə əlaqədar olaraq Macarıstan XİN-in bəyanatında deyilir.
Macarıstan Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir S.Ağayeva/

Macarıstan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu haqda Azərbaycanın işğal altında olan torpaqlarında Dağlıq Qarabağın separatçı rejimi tərəfindən mayın 23-də keçirilmiş "parlament seçkiləri" ilə əlaqədar olaraq Macarıstan XİN-in bəyanatında deyilir.

Macarıstan Dağlıq Qarabağdakı "parlament seçkiləri" ilə əlaqədar Avropa Birliyi tərəfindən elan olunmuş mövqeyini özü üçün əsas tutur. Bu haqda Azərbaycanın Budapeştdəki Səfirliyinə gələn Macarıstan XİN-in bəyanatında deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti