...

RF XİN rəhbərinin müavini və ABŞ dövlət katibinin müavini Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2010 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir A.Qasımova/

İyunun 7-də Cenevrədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasinlə ABŞ dövlət katibinin müavini Filip Qordon arasında görüş keçirilib. Görüş zamanı tərəflər Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin nizamlanması, Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə RF XİN-dən məlumat verilib.

Eləcə də söhbət zamanı Cənubi Qafqazdakı cari vəziyyət, Cenevrə müzakirələrinin gedişi və perspektivləri, güc tətbiq edilməməsi məsələləri də ətraflı müzakirə olunub. Rusiya tərəfi israrla güc tətbiq edilməməsi barədə öhdəliklərin hüquqi baxımdan möhkəmləndirilməsi, eləcə də abxaz, gürcü və cənubi osetin tərəflərinin bu mövzu ilə bağlı birtərəfli bəyannamələrin qəbul edilməsi yolu ilə əlverişli variantının tezliklə tapılmasının zəruriliyini vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti