...

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2010 11:15 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini bir neçə istiqamətdə atəşə tutub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 28-də saat 10:30-dan 10:35-dək, saat 22:55-dən 23:15-dək, saat 23:35-dən 23:55-dək; iyunun 29-da saat 00:40-dan 00:55-dək, saat 02:40-dan 02:55-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı, Qorqan, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 13:40-dan 14:25-dək, saat 19:50-dən 20:20-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən; iyunun 28-də saat 17:30-dan 17:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 17:55-dən 18:00-dək, saat 23:45-dən 23:50-dək; iyunun 29-da saat 00:30-dan 00:40-dək Ağdam rayonunun Sarıcalı, Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; iyunun 28-də saat 23:45-dan 00:05-dək; iyunun 29-da saat 02:40-dan 03:00-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çiləburt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti