...

Azərbaycan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanatlarından məmnundur – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2010 10:22 (UTC +04:00)
Azərbaycan ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanatlarından məmnundur, - bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov deyib.
Azərbaycan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanatlarından məmnundur – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir T.Hacıyev/

Minsk qrupu həmsədr ölkələri prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatı Azərbaycanı tam qane edir, - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Bəyanat Azərbaycan tərəfini tam qane edir. Bəyanatda hər üç ölkə Azərbaycan ərazilərinin işğal edilməsi faktını etiraf edir. Bəyanatda işğal altında olan ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələbi var. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ölkələrin iradəsi var", - Həsənov deyib.

ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ probleminin həllinə dair birgə bəyanat yayıb.

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son bəyanatını yüksək qiymətləndirib və vacibliyini təsdiq edib.

"İşğal işğaldır və bunu hamı tanıyır. Əgər biz ermənilərin istədiklərini bilsək, mənim Dağlıq Qarabağ münaqişəsinin həllinə dair optimizmim güclənəcək. Əgər onlar Qarabağın anneksiyasını istəyirlərsə, bu mümkün deyil. Əgər onlar bölgənin müstəqilliyini təkid etməyə davam edərlərsə, zənnimcə, bu da mümkün deyil", - Məmmədyarov iyunun 29-da Almaniya səfəri çərçivəsindəki Bundestaqın deputatları ilə görüşü zamanı bildirib.

Mətnin ayrı-ayrı saytlarda təhrif olunmuş təcrübənin yerləşdirilməsinə gəlincə, Həsənov buna mexaniki səhv kimi baxdığını vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti