...

Azərbaycan ARTE TV-nin efirindən və internet-saytından Azərbaycan əleyhinə filmin çıxarılmasını tələb edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2010 12:16 (UTC +04:00)
Azərbaycan Almaniya-Fransanın ARTE TV kanalının efirindən və internet-saytından Azərbaycan əleyhinə filmin çıxarılmasını tələb edib.
Azərbaycan ARTE TV-nin efirindən və internet-saytından Azərbaycan əleyhinə filmin çıxarılmasını tələb edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Almaniya-Fransanın ARTE TV kanalının efirindən və internet-saytından Azərbaycan əleyhinə filmin çıxarılmasını tələb edib.

ARTE TV teleefirində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının təhrif olunduğu Jan-Marfi Barrenin "Haut Karabagh: Gomchassar" adlı filmini nümayiş etdirib və internet-səhifəsində yerləşdirib.

Azərbaycanın Fransadakı Səfirliyi ARTE TV-nin prezidenti Jerom Klementə (Jerome Clement), eləcə də strukturun vitse-prezidentinə (hər üç ildən bir Almaniya və Fransanın nümayəndələri bu postu növbə ilə əvəz edirlər) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağır nəticələrindən ətraflı bəhs edən məktub göndərib, Azərbaycan tərəfinin mövqeyini kanal rəhbərliyinin diqqətinə çatdırıb. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov məlumat verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Səfirlik eerməni diasporunun təsiri altında belə filmlərin çəkilməsini və yayılmasını pisləyib və bunun problemin həllinə mənfi təsir göstərdiyini qeyd edib.

Səfirlik kanala balanslı məlumat yayımını təmin etmək məqsədilə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti əks etdirən film çəkməyi məsləhət görüb.

Hazırda səfirlik kanal rəhbərliyindən cavab gözləyir, eləcə də digər müvafiq tədbirlər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti