...

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2010 10:31 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-də saat 10:40 -dan 11:00 -dək Ermənistanın Noyanberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonundakı adsız yüksəkliklərdə yerləşən mövqelərini;

- saat 14:15 -dən 14:30-dək Goranboy rayonundakı adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 22:50-dən 23:05-dək Xocavənd rayonundakı adsiz yüksəkliklərdəki mövqelərdən;

- saat 23:10-dan 23:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığındakı mövqelərdən;

- avqustun 16-da saat 04:00-dan 04:25-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti