...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2010 09:49 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-də saat 15:30-dan 15:40-dək və 21:00-dan 21:05-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-də saat 15:30-dan 15:40-dək və 21:00-dan 21:05-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16:00-dan 16:10-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:30-dan 17:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:40-dan 23:46-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:30-dan 21:50-dək, 22:20-dən 22:30-dək və avqustun 25-də saat 01:30-dan 01:40-dək Ağdam rayonunun Şurabad, Yusifcanlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:45-dən 01:10-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti