...

Ermənistanın təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib; hər iki tərəfdən itki var - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2010 10:57 (UTC +04:00)
Ermənistan silahlı bölmələrinin təxribat qrupu avqustun 31-də saat 16:30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər.
Ermənistanın təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib; hər iki tərəfdən itki var - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M. Əliyev/

Ermənistan silahlı bölmələrinin təxribat qrupu avqustun 31-də saat 16:30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər.

Hücum zamanı şiddətli atışma baş verib. Azərbaycan əsgərlərinin güclü müqaviməti nəticəsində, düşmən üç itki və bir neçə yaralı verərək geri oturdulub.

Döyüş zamanı Azərbaycan Ordusunun iki əsgəri - Əmirov Vüqar Əmirəli oğlu (1991, İmişli RHK, aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991, Sabirabad RHK, aprel 2009) qəhrəmancasına şəhid olublar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti