...

Rusiya Federasiyası Prezidentinin bəyanatı Rusiyanın qərəzsiz mövqeyinin sübutudur – Azərbaycanın hakim partiyasının sədr müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2010 18:18 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin bəyanatı Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan Rusiyanın qərəzsiz mövqeyinin sübutudur. Bu barədə jurnalistlərə şənbə günü hakim partiya "Yeni Azərbaycan"nın sədrinin müavini Əli Əhmədov deyib.
Rusiya Federasiyası Prezidentinin bəyanatı Rusiyanın qərəzsiz mövqeyinin sübutudur – Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bakı, 4 sentyabr/Trend, müxbir M.Əliyev/

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin bəyanatı Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan Rusiyanın qərəzsiz mövqeyinin sübutudur. Bu barədə jurnalistlərə şənbə günü hakim partiya "Yeni Azərbaycan"nın sədrinin müavini Əli Əhmədov deyib.

"Biz Medvedevin Bakıda səsləndirdiyi bəyanatların səmimiliyinə inanırıq", - Əhmədov bildirib. Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycanda rəsmi səfərdə olub.

AŞPA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Səməd Seyidovun jurnalistlərə bildirdiyinə görə, Rusiya Prezidentinin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin nəticələri Moskvanın Ermənistana qarşı münasibətinin dəyişməz qaldığına sübutdur.

"Düzdür, Rusiya Ermənistanda vaxtaşırı mövqelərini möhkəmlədir, lakin hesab edirəm ki, bu Azərbaycan-Rusiya münasibətlərinə təhlükə törətmir, - Seyidov deyib. - Rusiya Azərbaycanın həm iqtisadi, həm də digər sahələrdə mühüm tərəfdaşıdır".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti