...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2010 10:11 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 17-də saat 22:00-dan 22:30-dək Ermənistan Respublikasının Noyenberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 14:55-dən 16:35-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 11:30-dan 11:50-dək, 12:20-dən 12:25-dək; sentyabrın 18-də saat 04:15-dən 04:30-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli və Alıxanlı  kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 03:20-dən 03:30-dək Сəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayсan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Düşmən сavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti