...

Fars körfəzinin ərəb dövlətləri Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmalıdır - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2010 14:02 (UTC +04:00)
Fars körfəzinin ərəb dövlətləri Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmalıdırlar. Bu münaqişənin həll olunmaması bütün regiona mənfi təsir göstərir. Yaxın Şərq və Fars körfəzi Hərbi-Analitik İnstitutunun araşdırma və inkişaf şöbəsinin (INEGMA) direktoru Teodor Karasik (Theodore Karasik) belə hesab edir.
Fars körfəzinin ərəb dövlətləri Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmalıdır - ekspert

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

Fars körfəzinin ərəb dövlətləri Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmalıdırlar. Bu münaqişənin həll olunmaması bütün regiona mənfi təsir göstərir. Yaxın Şərq və Fars körfəzi Hərbi-Analitik İnstitutunun araşdırma və inkişaf şöbəsinin (INEGMA) direktoru Teodor Karasik (Theodore Karasik) belə hesab edir.

"Dağlıq Qarabağ münaqişəsi bütün regiona (Yaxın Şərq) toxunur və bölgədəki siyasi vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlıdır", - Trend-in Ekspertlər Şurasının üzvü Karasik çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Fars körfəzi və Azərbaycanda təhlükəsizlik: BƏƏ-dən baxış" mövzusunda mühazirə ilə çıxışında bildirib.

Fars körfəzi ölkələrinin əhalisini Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə məlumatlandırmaq üçün ciddi mətbuatda təbliğat aparılması zəruridir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Karasik hesab edir ki, Fars körfəzi ölkələrindəki ərazi mübahisələri Dağlıq Qarabağ problemi ilə oxşardır.

Onun sözlərinə görə, suverenlik, xarici sərhədlər üçün təhdidlər və terror fəaliyyəti bu gün Azərbaycan və Fars körfəzi ölkələrinin ümumi problemidir.

Xəbər lenti

Xəbər lenti