...

ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə oktyabrın birinci yarısında səfər edəcək – Minsk qrupunun bəyanatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2010 14:19 (UTC +04:00)
ATƏT Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya), eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqca görüş keçiriblər. Bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş ATƏT MQ-nin bəyanatında deyilir.
ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə oktyabrın birinci yarısında səfər edəcək – Minsk qrupunun bəyanatı

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya), eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar MəmmədyarovEdvard Nalbandyanla ayrı-ayrılıqca görüş keçiriblər. Bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş ATƏT MQ-nin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, həmsədrlər nazirləri oktyabrın 4-dən 14-dək Dağlıq Qarabağ ətrafındakı ərazilərdə keçiriləcək qarşıdakı qiymətləndirmə missiyasına hazırlıq barədə məlumatlandırıblar.

Bəyanatda qeyd olunur ki, BMT-nin Cenevrədəki və Nyu-Yorkdakı nümayəndələri ilə özlərinin qurduqları ilkin əlaqələrə əsaslanaraq, həmsədrlər BMT İnkişaf Proqramının və Qaçqınlarla İş üzrə Ali Komissarlığına missiyada iştirak etmək xahişi ilə rəsmi müraciət ediblər.

Bundan əlavə, həmsədrlər nazirləri gələn aylar üzrə Astanada keçiriləcək ATƏT-in sammiti üzrə hazırlıq da daxil olmaqla, öz iş planları ilə tanış ediblər.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası hazırkı anda Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyəti öyrənir. MQ həmsədrləri son səfərləri zamanı bu ərazilərdə olublar və vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal edilmiş ərazilərdəki vəziyyətlə bağlı hesabat hazırlayacaqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti