...

Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2010 15:51 (UTC +04:00)
Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, qərar "Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın MilliQəhrəmanı Mübariz İbrahimovun adının verilməsi haqqında qərar verib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, qərar "Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Qərar Biləsuvar rayon İcra Hakimiyyətinin Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq verilib.

İbrahimov iyunun 19-da Ermənistan Silahlı Qüvvələrinin hücumlarının qarşısını alaraq, qəhrəmanlıq göstərib. Nəticədə, 5 erməni hərbçisini öldürüb, 3-nü yaralayıb.

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İbrahimova "Milli Qəhrəman" adı verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti