...

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2010 17:44 (UTC +04:00)
Separatçı Dağlıq Qarabağ "parlamentinin nümayəndəsi" Aşot Qulyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke ilə görüşüb.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Separatçı Dağlıq Qarabağ "parlamentinin nümayəndəsi" Aşot Qulyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke ilə görüşüb. Bu barədə "Armenia Today" məlumat verib.

Görüş zamanı tərəflər Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsinə, vasitəçilərin fəaliyyətinə, eləcə də regionda sülhün möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti