...

Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik barədə təklifi ilə razıdır – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2010 12:35 (UTC +04:00)
Azərbaycan İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik haqqında təklifi ilə razıdır, lakin bu məsələnin uzadılması Ermənistanın razılaşmaması ilə bağlıdır.
Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik barədə təklifi ilə razıdır – səfir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycan İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik haqqında təklifi ilə razıdır, lakin bu məsələnin uzadılması Ermənistanın razılaşmaması ilə bağlıdır. Bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov MEHR agentliyinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, İran bir çox regional məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində də mühüm rol oynaya bilər.

Səfir bildirib ki, İran artıq Azərbaycan, Ermənistan və İran xarici işlər nazirlərinin görüşünün təşkili təşəbbüsü ilə çıxış edib. Lakin rəsmi Yerevan bu təklifdən imtina edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti