...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2010 10:06 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 11-də saat 23.00-dan 23.20-dək Jəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23.40-dan 23.55-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 11-də saat 23.00-dan 23.20-dək Jəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23.40-dan 23.55-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən:
- oktyabrın 12-də saat 00.40-dan 00.50-dək və 01.00-dan 01.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti