...

ATƏT işğal olunmuş Azərbaycan ərazilərində vəziyyət barədə daxili məruzə hazırlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2010 14:47 (UTC +04:00)
ATƏT-in Minsk qrupu səfirlər Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popovun (Rusiya) iştirakı ilə Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin planlaşdırılmış səhra qiymətləndirmə missiyasını keçirib. Bu barədə cümə axşamı ATƏT-in rəsmi saytında verilən məlumatda deyilir. Missiya 2010-cu il oktyabrın 7-13-də keçirilib. Bundan əvvəl missiyanın şərtləri münaqişəyə cəlb olunmuş bütün tərəflərlə müzakirə edilib.
ATƏT işğal olunmuş Azərbaycan ərazilərində vəziyyət barədə daxili məruzə hazırlayır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk qrupu səfirlər Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popovun (Rusiya) iştirakı ilə Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin planlaşdırılmış səhra qiymətləndirmə missiyasını keçirib. Bu barədə cümə axşamı ATƏT-in rəsmi saytında verilən məlumatda deyilir. Missiya 2010-cu il oktyabrın 7-13-də keçirilib. Bundan əvvəl missiyanın şərtləri münaqişəyə cəlb olunmuş bütün tərəflərlə müzakirə edilib.

Missiya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun yerli hakimiyyət orqanları ilə de-fakto işləyən əməkdaşlarının dəstəyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilib. Həmsədrlərin dəvəti ilə missiyada üç texniki, o cümlədən, verilən tapşırığı yerinə yetirməkdə onlara kömək edən BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının iki eksperti iştirak edib.

Öz missiyalarını yerinə yetirməmişdən bir gün əvvəl həmsədrlər missiya haqqında ətraflı məlumat vermək və onlarla yola düşəcək heyəti təqdim etmək üçün oktyabrın 6-da Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Eyni görüş oktyabrın 7-də Xankəndinin faktiki hakimiyyət orqanları ilə də keçirilib.

Missiya ATƏT-in Minsk qrupunun həmsədrlərinə yerlərdə bir çox insanlarla görüşmək və ərazilərdə bütün sahələrdə mövcud vəziyyətlə tanış olmaq üçün yaxşı imkan yaradıb. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığından texniki ekspertlərin fəal iştirakı missiya heyətinə beynəlxalq humanitar haqlar çərçivəsində qaçqınlar və regionda məcburi köçkünlərin hüquqlarını, həmçinin, hazırda bu ərazilərdə yaşayan insanların üzləşdikləri problemləri daha yaxşı anlamağa imkan yaradıb.

Hazırda həmsədrlər ekspertlərlə birgə missiya zamanı toplanmış məlumatı cəmləşdirirlər. Bu iş başa çatdıqdan sonra onlar ATƏT-in bütün ölkələrə yayılacaq daxili məruzəsini hazırlayacaqlar.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti öyrənir. MQ həmsədrləri sonuncu səfərləri zamanı bu ərazilərə gələrək vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal olunmuş torpaqlarda vəziyyət haqqında hesabat hazırlayacaqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti