...

İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bir daha bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2010 21:07 (UTC +04:00)
Ermənistanın Baş naziri ilə görüşən İran rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik etməyə hazır olduqlarını bir daha bəyan ediblər.
İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bir daha bəyan edib

İran, Tehran, 26 oktyabr /Trend, müxbir T.Cəfərov/

Ermənistanın Baş naziri ilə görüşən İran rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik etməyə hazır olduqlarını bir daha bəyan ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müttəkinin sözlərinə görə, Ermənistanın Baş naziri Tiqran Sarkisyanın İrana səfəri çərçivəsində bu gün İran ilə Ermənistan arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti