...

Dağlıq Qarabağ münaqişəsində irəliləyiş yalnız Rusiya diplomatiyasının iştirakı ilə mümkündür - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2010 09:00 (UTC +04:00)
Əgər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa irəliləyiş olacaqsa, onda burada Rusiya ən mühüm rol oynayacaq. Rusiyanın "Rodina" tarixi-illüstrativ jurnalının baş direktoru Yuri Borisyonok belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsində irəliləyiş yalnız Rusiya diplomatiyasının iştirakı ilə mümkündür - ekspert

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir A.Qasımova/

Əgər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa irəliləyiş olacaqsa, onda burada Rusiya ən mühüm rol oynayacaq. Rusiyanın "Rodina" tarixi-illüstrativ jurnalının baş direktoru Yuri Borisyonok belə hesab edir.

"Rusiya bütün münaqişə tərəflərinə yaxındır və əgər hansısa irəliləyiş olarsa, bu, əlbəttə ki, Rusiya diplomatiyasının iştirakı ilə olacaq", - M.V. Lomonosov adına MDU-nun Tarix fakültəsinin Cənubi və qərbi slavyanların tarixi kafedrasının dosenti, tarix elmləri namziədi Borisyonok çərşənbə axşamı Trend-ə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi indiki məqamda bütün tərəfləri qane edən adekvat həlli olmayan ən mürəkkəb münaqişələrdən biridir. "Burada vəziyyət praktiki olaraq pat vəziyyətindədir. Nizamlanma mümkündür, lakin müzakirələr dəqiq metodlarla aparılmalıdır", - o bildirib.

Ekspertin sözlərinə görə, mövcud reallıqda hansısa şəkildə tərəqi mümkündür. "Lakin düşünürəm ki, o qədər də çox deyil", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti