...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutsa da, pozuntu qeydə alınıb - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2010 15:58 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 14-də Qazax rayonunun Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq baş tutmuş hesab olunsa da, erməni tərəfi əvvəlcədən koordinə edilmiş ərazidən 1 - 1,5 km kənarda görünüb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutsa da, pozuntu qeydə alınıb - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutsa da, pozuntu qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 14-də Qazax rayonunun Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq baş tutmuş hesab olunsa da, erməni tərəfi əvvəlcədən koordinə edilmiş ərazidən 1 - 1,5 km kənarda görünüb.

"Bu da pozuntu halı kimi qeyd oluna bilər", - Abdullayev bildirib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Praroy keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti