...

İsveç azərbaycanlıları Xocalı faciəsinin soyqırım kimi tanınmasını tələb etmək niyyətindədirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2011 12:51 (UTC +04:00)
Stokholmda fəaliyyət göstərən və azərbaycanlı soydaşlarımızı birləşdirən "Qarabağ" komitəsi Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində İsveç hökümətinə və Riksdaqa (parlamentinə) dinc insanların kütləvi şəkildə qətlini soyqırım kimi tanınmasını tələb edən qətnaməni göndərəcək.
İsveç azərbaycanlıları Xocalı faciəsinin soyqırım kimi tanınmasını tələb etmək niyyətindədirlər

İsveç, Stokholm, 23 yanvar /Trend, müxbir Ü.Sadıxova/

Stokholmda fəaliyyət göstərən və azərbaycanlı soydaşlarımızı birləşdirən "Qarabağ" komitəsi Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində İsveç hökümətinə və Riksdaqa (parlamentinə) dinc insanların kütləvi şəkildə qətlini soyqırım kimi tanınmasını tələb edən qətnaməni göndərəcək.

Yaxın vaxtda tərtib olunub İsveç hökumətinə göndəriləcək qətnamə erməni qüvvələri tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalına son qoymaq, Xocalıda dinc vətəndaşların öldürülməsini soyqırım kimi tanımaq, şəhid olan və xəsarət alanların ailələrinə kompensasiya ödəməyə çağırır. Keçən ilki qətnamədən fərqli olaraq, sənəd bir müraciət kimi Azərbaycan Milli Ordusuna da göndəriləcək.

Bundan əlavə, fevralın 26-da Stokholmun mərkəzi meydanı olan Sergels Torg-da Azərbaycan diasporunun dəstəyilə Xocalı faciəsinin 19-cu ildönümünün münasibəti ilə mitinq keçiriləcəkdir.

1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Xocalı şəhərinin 7 minlik əhalisinə qarşı soyqırım aktı törədilib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti