...

Heç kim Azərbaycan sərhədlərini güc yolu ilə dəyişdirməyə nail olmayacaq – XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2011 12:57 (UTC +04:00)
Azərbaycan sərhədlərini güc yolu ilə dəyişdirməyə heç kim nail olmayacaq. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
Heç kim Azərbaycan sərhədlərini güc yolu ilə dəyişdirməyə nail olmayacaq – XİN rəhbəri

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan sərhədlərini güc yolu ilə dəyişdirməyə heç kim nail olmayacaq. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.

Onun sözlərinə görə, rəsmi Bakı Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı danışıqlar aparmağa hazırdır. "Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən dəstəklənən mövqeyidir və heç kim Azərbaycan sərhədlərini güc tətbiq etməklə dəyişdirmə bilməz", - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytin "Alrai" qəzetinə müsahibəsində bildirib.

Azərbaycan XİN rəhbəri BMT-nin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamənin həyata keçirilməməsinə təəssüfünü ifadə edib.

"Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır və bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Bütün beynəlxalq təşkilatlar və iri dövlətlər Azərbaycan ərazilərini işğaldan azad olunması üçün hər cür səy göstərirlər. Biz torpaqlarımızı qaytaracağımıza var qüvvəmizlə inanır və bunun diplomatik yollarla həyata keçiriləcəyinə ümid bəsləyirik", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Dağlıq Qarabağa muxtariyyət verməkdən çəkinmirik", - nazir bildirib. Onun sözlərinə görə, bu, beynəlxalq hüququn aspektlərindən biridir və müəyyən prosedurların həyata keçirilməsini tələb edir. Nazir misal olaraq Tatarıstanı, Çeçenistanı və Rusiya Federasiyasının digər subyektlərini göstərib.

Xəbər lenti

Xəbər lenti