...

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2011 01:52 (UTC +04:00)
Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb.
Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb. Trend-in məlumatına görə bu barədə Ermənistan KİV-ləri ölkə XİN-nə istinadən xəbər yayıblar.

Görüşün detalları açıqlanmır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Elmar Məmmədyarov, Edvard NalbandyanSergey Lavrovun danışıqları bazar ertəsi Rusita tərəfinin təşəbbüsü ilə RF Xarici İşlər Nazirliyinin Qəbul Evində baş tutub.

Hələ ki Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri məlumatı rəsmi təsdiqləməyib.

Nazirlərin görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin regiona səfəri gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti