...

Leyla Əliyeva: Biz Xocalı qətliamı barədə qərəzsiz və dürüst məlumatı dünya ölkələrinin qanunverici orqanlarının nəzərinə çatdırmaq niyyətindəyik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2011 00:25 (UTC +04:00)
Moskvada "Prezident-Otel" mehmanxana kompleksinin "Bolshoy Petrovskiy" salonunda Xocalı soyqırımına həsr edilmiş konfrans keçirilib. Konfrans Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının, İKT Gənclər Forumunun və Azərbaycanin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilib.
Leyla Əliyeva: Biz Xocalı qətliamı barədə qərəzsiz və dürüst məlumatı dünya ölkələrinin qanunverici orqanlarının nəzərinə çatdırmaq niyyətindəyik

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Moskvada "Prezident-Otel" mehmanxana kompleksinin "Bolshoy Petrovskiy" salonunda Xocalı soyqırımına həsr edilmiş konfrans keçirilib. Konfrans Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının, İKT Gənclər Forumunun və Azərbaycanin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilib.

Tədbirdə kampaniyanın Xocalı qətliamını "insanlığa qarşı cinayət kimi tanınmasına və faciənin taqsırkarlarının məsuliyyətə cəlb etməyə dair səylər göstərməyə" çağıran ABŞ Konqressinə, BMT-yə, AŞ PA-ya və Avropa parlamentinə ünvanlanmış birgə ərizəsi imzalanıb. Bu barədə İKT Gənclər Forumunun Avrasiya regional mərkəzinin məlumatında deyilir.

Mehmanxananın foyesində konfrans iştirakçıları kampaniyanın 2009-cu il ərzində dünyanın müxtəlif ölkələrində keçirdiyi aksiyalar haqda foto sərgi ilə tanış olublar.

Konfransda, aralarında rusiyalı ziyalılar, elmi və yaradıcı dairələrinin, Azərbaycan diasporasının, KİV-in nümayəndələri, Moskvanın ali məktəblərinin tələbələri olmaqla, 500 nəfərdən artıq qonaq iştirak edib, məlumatda deyilir.

Tədbiri giriş sözü ilə İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov açıb. Tədbir iştirakçılarına britaniyalı və hollandiyalı çəkiliş qruplarının birgə hazırladığı "Xocalıya aparan yol" sənədli filminin treyleri nümayiş edilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, "Xocalıya ədalət" kampaniyasının yaradılmasının təşəbbüskarı Leyla xanım Əliyeva rəsmi məruzə ilə çıxış edib. Çıxışında xanım Əliyeva kampaniya çərçivəsində görülmüş iş, 2010-cu ildə nail olunan nəticələr barədə söz açıb, gələcək planlardan və strategiyadan danışıb, məlumatda deyilir.

Keçən ilin yanvar ayında Abu Dabidə keçirilən İKT-nin Parlament Assambleyasının sessiyasında Xocalı qətliamının "insanlığa qarşı cinayət" kimi tanınması haqda qətnamə qəbul edilməsinin əhəmiyyəti vurğulanmışdır. "Dünya ictimaiyyətinin siyasi-hüquqi və mənəvi qiymət verməsi məqsədiylə biz yaxın gələcəkdə Xocalı qətliamı barədə qərəzsiz və dürüst məlumatı dünya ölkələrinin qanunverici orqanlarının nəzərinə çatdırmaq niyyətindəyik", Leyla Əliyeva deyib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmiş ölkə rəhbərliyinin fəaliyyəti barədə danışıb, rəsmi Bakının qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair mövqe tutduğunu bildirib.

Tədbirdə Robert Arakelovun "Erməni ziyalısının etirafı" kitabı təqdim olunub. Kitabda konkret faktlar əsasında əsrlər boyu "Böyük Ermənistan" barədə ümid bəsləyən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlamasında təhrikçi rolu oynayan erməni diasporunun dağıdıcı fəaliyyəti haqda danışılır. Yekaterinburq dövlət universitetinin professoru, tarixçi Aleksandr Nesterov kitab müəllifinin münaqişə barədə fikirlərinə yüksək qiymət verib və ermənilərin Dağlıq Qarabağa iddia etmələrinin əsassız olduğunu vurğulayıb.

Konfransda Milli Məclisin deputatı Elmira Axundova və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini Aleksey Vlasovda çıxış ediblər.

Tədbirin sonunda MDB, Şərqi Avropa və Türkiyədə yayımlanan televiziya verlişlərində göstərilməsi üçün kampaniya çərçivəsində hazırlanmış "Xocalıya Ədalət" video çarxı iştirakçılarına nümayiş etdirilib.

"Xocalıya ədalət" (www.justiceforkhojaly.org) beynəlxalq informasiya kampaniyasına 2008-ci il mayın 8-i - Şuşanın işğalı günü Leyla Əliyeva tərəfindən təşəbbüs göstərilib. Hazırda Xocalı faciəsi haqqında həqiqətlərin üzə çıxması və dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi və mənəvi qiymətləndirmənin əldə olunmasına yönəldilən kampaniya dünyanın 30-dan çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti