...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2011 09:35 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 7 mart /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 6-da saat 23.05-dən 23.10-dək Ermənistan Respublikasının İjevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Jəfərli kəndində yerləşən mövqelərimizi;
- saat 17.20-dən 17.30-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18.00-dan 18.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16.48-dən 17.02-dək, martın 7-də saat 01.10-dan 01.30-dək və 05.35-dən 05.40-dək Ağdam rayonunun Jəvahirli və Yusifjanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 02.15-dən 02.30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01.55-dən 02.15-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti