...

Azərbaycanın vitse-spikeri Minsk qrupunu Ermənistana loyal münasibət göstərməkdə suçlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2011 13:27 (UTC +04:00)
Ermənilər 9 yaşlı azərbaycanlı oğlanı qətlə yetirməklə bir daha təcavüzkar yolda olmalarını sübut ediblər.
Azərbaycanın vitse-spikeri Minsk qrupunu Ermənistana loyal münasibət göstərməkdə suçlayıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Ermənilər 9 yaşlı azərbaycanlı oğlanı qətlə yetirməklə bir daha təcavüzkar yolda olmalarını sübut ediblər. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar
Muradova
Parlamentin çərşənbə axşamı keçirilən iclasında çıxışı zamanı bildirib.

Vitse-spiker ATƏT-in həmsədrlərinin Azərbaycanda olmasından istifadə edərək onlara müraciət edib.

"Nə qədər Ermənistan rəhbərliyinə diplomatik təbəssüm göstəriləcək, nə qədər bu kimi təcavüzkar addımlara loyal münasibət bəslənəcək?", - Muradova vurğulayıb.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri hər dəfə görüş zamanı diplomatik tərzdə Azərbaycan və Ermənistan tərəflərini etimad tədbirləri yaratmaq üçün addımlar
atmağa çağırırlar.

"Bundan sonra təcavüzkarlara necə etimad bəsləmək olar?", - Muradova deyib.

Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini pozması nəticəsində matrın 8-də saat 17-18 bradələrində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov öz evinin həyətində oynayan zaman Ermənistan qoşunlarının işğal etdikləri Şıxlar kəndi tərəfdən açılan atəşlə qətlə yetirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti