...

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri iyunda görüşəcəklər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2011 15:25 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli görüşü iyunda keçiriləcək. Bu barədə Trend-ə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov deyib.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri iyunda görüşəcəklər (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat əlavə olunub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli görüşü iyunda keçiriləcək. Bu barədə Trend-ə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Prezidentlərin əvvəlki görüşü martın 5-də Soçidə keçirilib və bu, üç dövlət rəhbərinin səkkizinci görüşü olub.

Xəbər lenti

Xəbər lenti