...

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2011 22:35 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov cümə axşamı birgə bəyanatla çıxış ediblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir V.Javoronkova/

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtkeİqor Popov cümə axşamı birgə bəyanatla çıxış ediblər. Bu barədə təşkilatın yaydığı press-relizində bildirilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri 6-9 iyun tarixlərində Bakıda, Dağlıq Qarabağda və Yerevanda olublar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birgə həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan Prezidenti Serj Sarqsyanla və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşüblər.

Əliyev, Medvedev və Sarqsyanın Kazanda keçiriləcək görüşə hazırlıqı çərçivəsində, həmsədrlər tərəflərlə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin 26 may tarixli Dovil bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin Əsas prinsiplərinin tamamlanması və təsdiqlənməsinə yönəlmiş və münaqişənin sülh yolla həllinin əsasını təşkil edəcək addımlarını müzakirə ediblər.

7 iyun tarixində həmsədrlər Ağdam rayonunda tərəflərin atəşkəs rejiminə riayət etməsinin mümkünlüyünü nümayiş edərək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini piyada keçiblər. Bu, həmsədrlərinin, son 16 il müddətində bərabər olaraq son 10 ay ərzində təmas xəttinin uçüncü bu cür keçididir.

Bununla əlaqədar həmsədrlər tərəfləri bu keçid dövründə hər hansı bir provokasiya xarakterli addım və xərəkətlərinə yol verməməsinə çağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti