...

Azərbaycan, Ermənistan və Rusiya XİN-nin başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bir sıra əsas məsələsi üzrə mövqelərini yaxınlaşdırıblar - səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2011 21:20 (UTC +04:00)
Şənbə günü Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun işgüzar görüşü keçirilib.
Azərbaycan, Ermənistan və Rusiya XİN-nin başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bir sıra əsas məsələsi üzrə mövqelərini yaxınlaşdırıblar - səfirlik

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Şənbə günü Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun işgüzar görüşü keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

Müzakirələr zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Əsas prinsiplərinin bir sıra əsas məsələsi üzrə mövqelərini yaxınlaşdırmağa nail olublar. Bu sənədin layihəsinə iyunun sonunda baş tutacaq üçtərəfli sammitdə baxılacaq.

İyunun sonlarında Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti