...

Kreml Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünü təsdiq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2011 13:44 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyunun 24-də Kazana Dmitri Medvedevin dəvəti ilə Rusiya Prezidentinin mükafatı uğrunda ənənəvi at yarışlarına gələcəklər.
Kreml Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünü təsdiq edib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyunun 24-də Kazana Dmitri Medvedevin dəvəti ilə Rusiya Prezidentinin mükafatı uğrunda ənənəvi at yarışlarına gələcəklər. Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidentinin rəsmi sayında bildirilir.

Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti