...

ATƏT-in baş katibi hesab edir ki, Kazandakı görüşdə Qarabağ münaqişəsinin həllini tapmaq olar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2011 16:47 (UTC +04:00)
Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş problemin həllinə gətirib çıxara bilər.
ATƏT-in baş katibi hesab edir ki, Kazandakı görüşdə Qarabağ münaqişəsinin həllini tapmaq olar

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş problemin həllinə gətirib çıxara bilər. ATƏT-in baş katibi Mark Perren de Brişambo belə hesab edir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

"Biz bu regionda sülh və sabitliyə ümid edirik və əminik ki, Kazandakı görüş uğurla nəticələnəcək və münaqişənin həllinə gətirib çıxaracaq", - o, çərşənbə günü Moskvada keçirilən mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Dmitri Medvedevin dəvəti ilə iyunun 24-də Rusiya Federasiyası Prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışına gələcəklər. Bu barədə Rusiya Prezidentinin rəsmi saytında deyilir.

Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunması planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti