...

ABŞ Dağlıq Qarabaq münaqişəsi üzrə sülh sazişinin əldə olunmasına qəti surətdə sadiqdir - Robert Bradtke

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2011 14:01 (UTC +04:00)
ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi üzrə sülh sazişinin əldə olunmasına qəti surətdə sadiqdir.
ABŞ Dağlıq Qarabaq münaqişəsi üzrə sülh sazişinin əldə olunmasına qəti surətdə sadiqdir - Robert Bradtke

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Hacıyev/

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi üzrə sülh sazişinin əldə olunmasına qəti surətdə sadiqdir. Trend-in məlumatına görə, bu barədə ATƏT Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke şənbə günü Bakıda jurnalistlərə bildirib.

"Ötən həftə ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan prezidentləri ilə söhbət edib, onları Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin nizamlanması üzrə sülh sazişinin yekun baza prinsiplərini təsdiqləməyə çağırıb", - Bradtke deyib.

"Biz bu həftə start götürən missiyamızın ortasındayıq: bazar ertəsi biz RF XİN rəhbəri Sergey Lavrovla görüşmüşük, daha sonra Vilnüsdə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalislə görüşümüz oldu, Bakıda isə Azərbaycanın rəsmi şəxsləri ilə danışıqlar apardıq. Bazar ertəsi Ermənistan prezidenti ilə görüşəcəyik və missiyamızı başa vuracağıq", - ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyib.

Fasye Bakıdakı görüşlərin nəticəsini şərh etməkdən imtina edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti