...

Həlli yubanan münaqişələr daha aktual problemdir - ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2011 12:26 (UTC +04:00)
Həlli yubanan münaqişələr daha aktual problemdir, çünki onlar regiondakı bütün sahələrin inkişafına mane olurlar.
Həlli yubanan münaqişələr daha aktual problemdir - ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Y.Ostapenko/

Həlli yubanan münaqişələr daha aktual problemdir, çünki onlar regiondakı bütün sahələrin inkişafına mane olurlar. Trend-in məlumatına görə, bu barədə ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Joao Soareş Trend-ə müsahibəsində bildirib.

"Mandatım ATƏT-in hər şeyi əhatə edən təhlükəsizlik konsepsiyasının bütün üç ölçüsünü əhatə etməklə, kifayət qədər genişdir. Eləcə də, işimin bir hissəsini regionun hər üç ölkəsində vacib demokratik islahatların əldə olunmasına həsr edirəm və mən bu prosesin inkişafını səbirsizliklə gözləyirəm", - Soareş bildirib.

O hesab edir ki, Dağlqı Qarabağ münaqişəsi üzrə danışıqların formatı olan ATƏT-in Minsk qrupu və ATƏT özü hərtərəfli təhlükəsizlik konsepsiyası ilə bu münaqişənin həllində Azərbaycana və Ermənistana kömək etmək üçün daha yaxşı forumdur.

"Bununla belə, Minsk qrupu münaqişə tərəflərindən birinə qərar qəbul etdirə bilməz. Tərəflər özləri razılığa gəlməlidirlər. Qərar güzəştli olmalı və nəticə etibarilə tərəflər özlərinin bir sıra tələblərində güzəştə getməlidirlər", - Soareş deyib.

Onun sözlərinə görə, bu, münaqişə tərəfləri üçün mürəkkəb və ağrılı prosesdir. Lakin sülh sazişi irəliyə yeganə həyatqabiliyyətli üsuldur.

Soareş əmindir ki, regiona şəxsən səfər etmək Azərbaycanda və Ermənistanda cəmiyyətin bütün təbəqələri ilə Dağlıq Qarabağla bağlı birbaşa dialoqun yeganə üsuludur.

"Cənubi Qafqaz üzrə xüsusi nümayəndə qismində regiona mümkün qədər tez-tez səfər edəcəyəm", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Hesab edirəm ki, Gürcüstandakı münaqişənin həlli üçün Cenevrə danışıqları nisbətən daha yaxşı formatdır, çünki ona BMT, Aİ və ATƏT nümayəndələri daxildir", - Soareş deyib.

Cenevrə danışıqları 2008-ci ilin avqustunda Gürcüstandakı silahlı münaqişədən sonra avqustun 12-də atəşkəs rejimi haqqında sazişə uyğun təşkil edilib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

Xəbər lenti

Xəbər lenti