Azərbaycan, Bakı, 17 avqust /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 4 istiqamətdə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-da saat 09.00-dən 09.10-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16.15-dən 16.25-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.50-dən 19.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 17-də saat 02.00-dan 02.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri dörd istiqamətdə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 4 istiqamətdə pozub
