...

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə sülhün əldə olunması yolunda köməyini davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2011 21:09 (UTC +04:00)
Tərəflərdən hər hansı birinin güc tətbiq etməsi halında, Rusiya regionda sülhün bərqərar olması üçün bütün zəruri tədbirləri görməyə hazırdır.
Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə sülhün əldə olunması yolunda köməyini davam etdirəcək

ABŞ, Nyu York, 27 sentyabr /Trend, müxbir A.Qasımova/

Tərəflərdən hər hansı birinin güc tətbiq etməsi halında, Rusiya regionda sülhün bərqərar olması üçün bütün zəruri tədbirləri görməyə hazırdır. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə sülhün əldə olunması yolunda köməyini davam etdirəcək.

"Biz sülhün əldə edilməsi üçün Rusiyanın səyləri və vasitəçiliyi ilə meydana gəlmiş əlavə imkanların, həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Fransa və ABŞ ilə birgə münaqişənin sülh yolu ilə həlli məsələsinin irəliləməsini davam etdirəcəyik", - Lavrov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti