...

Azərbaycan Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2011 09:57 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində gərginliyin davam etdiyini açıqlayıb

Azərbaycan, Bakı, 7 oktybar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində gərginliyin davam etdiyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 6-da saat 19.00-dan 19.25-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Həmin gün, həmçinin Ermənistan Ordusu saat 21.30-dan 21.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.25-dək və 23.20-dən 23.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti